Product Safety Stage

Qabyuyan Maşın Təhlükəsizlik Əməliyyatı

Logo Bosch
Logo Siemens

MÜHÜM BİLDİRİŞ:

MÜMKÜN YANĞIN TƏHLÜKƏSİ

 
 

Aşağıda göstərilən Bosch, Siemens markalı qabyuyan maşınların sahiblərinin nəzərinə: lütfən bu təhlükəsizlik bildirişini oxuyun və ona əməl edin.

Aşkar etmişik ki, 1999 və 2005-ci illər arasında istehsal olunmuş məhdud sayda Bosch, Siemens markalı qabyuyan maşınların elektrik komponentlərindən biri həddindən artıq qıza və çox nadir hallarda yanğın təhlükəsi yarada bilər.
Biz məhsullarımız üçün ən yüksək təhlükəsizlik standartları müəyyənləşdiririk, onların keyfiyyəti və etibarlılığı qayğısına qalırıq. Məhz bu səbəbdən bir sıra tədbirlər təşkil edirik və cihazlarımızın təhlükəsizliyini təmin etmək üçün hazırkı preventiv Aksiyanı da bu məqsədlə keçiririk. Təhlükəsizlik Aksiyasının Sizin üçün yarada biləcəyi narahatçılığa görə dərindən təəssüflənir, əməkdaşlığınıza ümid bəsləyir və səbrinizə görə öncədən təşəkkürümüzü bildiririk.

 

1. Bu Aksiyanın Sizin cihazınıza aidiyyatı olub-olmamasını yoxlamaq üçün lütfən aşağıdakı addımları atın:

Zəhmət olmasa, maşının qapısını açın, onun iç tərəfində cihazınızın brendi və modeli qeyd olunub, onlara diqqət yetirin, kəsirdən sonrakı rəqəmləri yoxlamağı da unutmayın (FD nömrəsi və seriya nömrəsi).

 

2. Aksiyanın Sizin cihazınıza aid olub-olmadığını müəyyən edə bilməyiniz üçün model, FD və seriya nömrələrini aşağıdakı əlaqədar sahələrə daxil etməyiniz lazımdır.

məsələn, SGS53A58EU/01 (nömrəni kəsirdən sonrakı rəqəmlərlə birlikdə tam daxil edin)
məsələn, 8304
məsələn, 00371
 

Zəhmət olmasa, bizim Mərkəzlə əlaqə saxlayın:
Əlaqə:
Siemens: Baku Service Company
Ünvan: Azadlıq prospekti, 116, Bakı şəhəri Azərbaycan

Telefon: (+994 12) 143
Bosch: YURDMMC
Bakhihanova str.50, Baku Azerbaijan.
Telefon: (+99 412) 480 33 01